Deputat Kolya Valuyev üçün insan nitqi həmişə çətin bir şey olub. Danışmaq onun üçün elə zəhmətli bir iş idi ki, Dumada hamı düşünürdü: Kolyanı danışmağa məcbur etmək qeyri-insani addımdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı, jurnalist Aleksandr Nevzorov Bakının Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyması qərarını şərh edərkən deyib.
“O, səsvermə düyməsini səbəbsizcə basa bilərdi və heç kim ondan artıq heç nə gözləmir, tələb etmirdi. Birdən-birə onun başına nə gəldiyi sirr olaraq qalır. Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub. Amma Duma boksçusu qəfil ağzını açıb və bütün kəlləsini hərəkət etdirərək nədənsə azərbaycanlıların üzərinə hücum edib. Uzun müddətdir ki, Duma terrariumundan kiməsə qadağa qoymağa can atan Bakı da fürsəti əldən vermədi və Valuyevi “non-qrata” elan etdi”, - o bildirib.
- 68 nəfər saxlanıldı - DİN
- FHN azyaşlıları belə xilas etdi - Video
- Həbsdəki oğlunu azad etdirəcəyini dedi, pulunu mənimsədi
- İran Hörmüzü açmağın şərtini elan etdi: Yalnız yuanla...
- Bakı bulvarı bahar nəfəsində - Foto
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İşlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan qadın saxlanıldı
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq