Ermənistan və Azərbaycan müttəfiq münasibətlərimiz olan ölkələrdir, istərdik ki, Bakı və İrəvan münasibətlərin uzunmüddətli davamlı həllinə yol açacaq və gələcək nəsillər üçün mina qoymayacaq bir sülh müqaviləsi hazırlasın.
BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin deyib.
“Təbii ki, hər zaman irəliyə doğru hərəkəti asanlaşdırmağa hazırıq. Amma Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanı hansısa Qərb platformasında tezliklə sülh müqaviləsi bağlamağa sövq edən istənilən tələsik sənədin imzalanmasının əleyhinəyik. Bu cür tələsik, düşünülməmiş və tam təsdiqlənməmiş qərarlar uzunmüddətli davamlı sülhə gətirib çıxarmaya, əksinə, gələcək üçün müəyyən qarşıdurma toxumları əkə bilər. Bunu təbii ki, nə Ermənistan, nə Azərbaycan, nə Cənubi Qafqaz, nə də Rusiya üçün arzuolunan hesab edirik. Təəssüflər olsun ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası üzrə işi indi yarımçıq qalıb və belə demək mümkünsə, dondurulub. Tərəfləri, ilk növbədə erməni dostlarımızı bu qrup çərçivəsində işə qayıtmağa çağırırıq. Rusiya tərəflər arzu edərsə, onlara hər cür kömək göstərməyə həmişə hazırdır”, - o bildirib.
- AB missiyasının sərhədimizdə yeni görüntüləri - Video
- Erməni hərbçiləri mövqelərimizi bir neçə dəfə atəşə tutdu
- Müharibədə Araik məni Talışa göndərdi, gördüm ki… – Levon
- Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir - Video
- Sülh mətni razılaşdırıldı: bəs, niyə Ordumuz atəşə tutulur? – Video
- Leyla Əliyeva Psixologiya Mərkəzində - Foto
- Bakıda müsəlman ölkələrinin səfirləri üçün iftar tədbiri oldu
- Hər il Ermənistandan 7-8 min çağırışçı Qarabağa göndərilirdi...