Masallıda ölümlə nəticələnən ağır qəzanın detalları məlum olub.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, hadisəni törədən 21 yaşlı Orxan Zamanovun sürücülük hüququ olmayıb.
"BDYPİ bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi, eləcə də avtomobilin belə şəxslərə etibar edilməsi yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, çox vaxt ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur.
Sürücülərdən və nəqliyyat vasitəsi sahiblərindən tələb olunur ki, bu kimi məsuliyyətsiz davranışlardan çəkinərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına qoymasınlar", - məlumatda bildirilib.
- Bakıda bu turizm şirkəti müştəriləri belə aldadır - Şikayət
- Hərbi qulluqçuların maaşlarının məbləğində dəyişiklik...
- Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
- Sabahın hava proqnozu açıqlandı
- Bu xanıma AYNA-da yüksək vəzifə verildi - Foto
- Vasif Talıbovun yaxın adamına cinayət işi açıldı
- Bakıda binada “yanğın” oldu - Video
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi