Masallıdakı qəzada ölən gəncin sürücülük hüququ olmayıb...

11:00 - 11 Mart 2026 - GÜNDƏM

 Masallıdakı qəzada ölən gəncin sürücülük hüququ olmayıb...

Masallıda ölümlə nəticələnən ağır qəzanın detalları məlum olub.

BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, hadisəni törədən 21 yaşlı Orxan Zamanovun sürücülük hüququ olmayıb.

"BDYPİ bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi, eləcə də avtomobilin belə şəxslərə etibar edilməsi yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, çox vaxt ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur.

Bu xəbər hal-hazırda çox oxunur
Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı

Sürücülərdən və nəqliyyat vasitəsi sahiblərindən tələb olunur ki, bu kimi məsuliyyətsiz davranışlardan çəkinərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına qoymasınlar", - məlumatda bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol