Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı

18:48 - 10 Mart 2026 - GÜNDƏM

 Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı

İsrail ərazisinə 9 mart tarixində həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi:

"Amid Murtuzov ailəsi ilə birgə illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir bu xanıma yüksək vəzifə verdi

Mərhumun ailəsinə və doğmalarına səbr diləyir, başsağlığı veririk.

Allah rəhmət eləsin!".

Qeyd edək ki, İranın İsrailə raket atması nəticəsində 2 azərbaycanlı - Amid Murtuzov və Rüstəm Qulamov həlak olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol