"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri” təsdiq edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.
Qərara əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacların ödənilməsi məqsədilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün texniki qurğular və avadanlıqlar dedikdə hidrotexniki qurğu, kanal, boru, arx, nov, nasos, artezian, subartezian, kəhriz, quyu və sudaşıyan avtomobil (özüyeriyən, qoşqulu və ya yarımqoşqulu) nəzərdə tutulur.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin növləri aşağıdakılardır:
- su obyektlərindən su götürülməklə istifadə:
- texniki qurğular və avadanlıqlar tətbiq etməklə yerüstü su obyektlərindən sonradan qaytarılmadan sugötürmə;
- texniki qurğular və avadanlıqlar tətbiq etməklə yerüstü su obyektlərindən sonradan qaytarılması şərtilə sugötürmə;
- texniki qurğular və avadanlıqlar tətbiq etməklə yeraltı suların çıxarılması;
su obyektlərindən (akvatoriyadan) su götürmədən istifadə:
- su obyektlərindən (akvatoriyadan) su götürmədən istifadə:
- faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, habelə yeraltı qurğuların tikintisi və istismarı zamanı su obyektlərindən istifadə;
- qəfəs balıqçılığı fəaliyyətinin həyata keçirilməsi zamanı su obyektlərindən istifadə;
- nəqliyyat ehtiyacları məqsədilə su obyektlərindən istifadə;
- su obyektlərindən tullantı sularının axıdılması üçün istifadə:
- tərkibində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmayan tullantı sularının su obyektlərinə (içməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlar istisna olmaqla) axıdılması;
- tullantı sularının tullantı sutəmizləyici qurğular tətbiq etməklə müəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinə axıdılması.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin növlərinə aşağıdakılar aid edilmir:
- yerin təkindən istifadə və ya yeraltı qurğuların tikintisi və istismarı zamanı lay sularının çıxarılması;
- gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) su obyektlərinin akvatoriyasında hərəkəti və onların texnoloji avadanlıqlarının işini təmin etmək üçün su obyektlərindən suyun götürülməsi;
- boru kəmərlərinin və ya kabellərin çəkilməsi məqsədilə su obyektlərindən istifadə;
- fiziki və hüquqi şəxslərin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların istismarı zamanı yeraltı suyun çıxarılması.
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...
- İpoteka sisteminin təhlükəsizliyi: iki qurum məlumat yaydı
- “İmkanlar hər kəs üçün” layihəsinə start verildi