Hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb

12:26 - 5 Mart 2026 - GÜNDƏM

 Hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb

Son 10 gündə ADY-nin hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.

“Bu vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib. Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır. Atılan hər daş təkcə qatara yox, həm də qatar heyətinə və evə, işə, dərsə, görüşə gedən sərnişinə – insan həyatına atılır. Bir daha bu cür vandallıqları törətməkdən çəkinməyə, hamımızın sərvəti olan qatarları qorumağa çağırırıq”, - məlumatda bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol