Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
- ARDNF-də yüksək vəzifəyə təyinat
- Naxçıvana hücumla bağlı cinayət işi açıldı
- Bakıda bu küçəni su basdı - Video
- Azərbaycanlı hərbçilər İran ordusunu tərk edir - Təcili
- Naxçıvana hücum: Yaralananlardan birinin kimliyi bəlli oldu
- Temperatur 17 dərəcəyə yüksələcək
- İranın hücumu ilə bağlı MN-dən açıqlama: Cavab olacaq!
- İranın Naxçıvana hücumu ilə bağlı - Yeni video