Xocalının bu kəndlərinə 67 nəfər köçürüldü

15:18 - 6 Mart 2026 - GÜNDƏM

 Xocalının bu kəndlərinə 67 nəfər köçürüldü

Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə 13 ailə olmaqla 67 nəfər köçürülüb.

Bu barədə BUTA.TV-a Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Təzəbinə kəndinə 51 nəfərdən ibarət 9 ailə, Seyidbəyli kəndinə isə 16 nəfərdən ibarət 4 ailə qayıdıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev Xocalı şəhərində ailələrə yeni evlərin açarlarını təqdim edib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda müğənni faciəvi şəkildə öldü

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol