"Putinin pul kisəsi" kimi tanınan Vardanyanın... - Terhes

11:02 - 14 Fevral 2025 - GÜNDƏM

Rumıniya parlamentarilərinin bir qrupu Azərbaycanın beynəlxalq hüquqa riayət etmək və onilliklər boyu Kreml tərəfindən dəstəklənən separatçı hərəkatın rəhbərlərini məsuliyyətə cəlb etmək səylərini dəstəklədiklərini bəyan ediblər.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın “Newsweek” nəşri məlumat verib.

Qeyd olunub ki, ölkə parlamentinin 19 deputatı məsələ ilə bağlı bəyanat yayımlayıb.

Qrupun deputatlarından biri olan Kristian Terhes Moskva tərəfindən dəstəklənən postsovet ölkələrindəki separatizmdən qaynaqlanan regional təhlükəsizlik və sabitliyə davam edən təhdidlərlə bağlı ciddi narahatlığını ifadə edib.

Bu xəbər hal-hazırda çox oxunur
Erməni əsilli şəxslər necə saxlanılıb?

K.Terhes qeyd edib ki, "Putinin pul kisəsi" kimi tanınan Ruben Vardanyan və Qarabağın digər separatçıları üzərində Bakıda keçirilən məhkəmə prosesi beynəlxalq ictimaiyyətə nümunə göstərir və Kremlin maraqları naminə öz dövlətlərinin suverenliyini pozmağa davam edənlərə aydın siqnal göndərir: "məsuliyyət qaçılmazdır və cəzadan yayınmaq mümkün deyil".

"Bakıda R.Vardanyan və Araik Arutyunyan da daxil olmaqla digər separatçı liderlər üzərində məhkəmə prosesləri Qafqaz və Avropada Kreml tərəfindən dəstəklənən onillik antikonstitusion fəaliyyətə görə ədalətli cəzalandırma nümunəsi olmalıdır", - deputatların bəyanatında vurğulanıb.

Bəyanatda "separatizm və terrorizmin cəzalandırılmalı olduğu" vurğulanır.

"Ümid edirik ki, bu məhkəmə prosesləri Gürcüstan, Ukrayna və Moldova kimi digər postsovet dövlətləri üçün də nümunə olacaq, burada kremlyönümlü separatçıların təxribat fəaliyyəti milli təhlükəsizliyə ciddi təhdid yaratmağa davam edir", - “Newsweek” deputatların bəyanatını şərh edərkən yazıb.

Qeyd etmək lazımdır ki, Vardanyan və digər separatçılar üzərində məhkəmə prosesləri Litvanın “Alfa” və Polşanın “Do Rzeczy” nəşrlərinin, eləcə də digər xarici KİV-lərin böyük marağına səbəb olub və bununla da postsovet məkanında separatizm probleminə və onun Kreml tərəfindən dəstəklənməsinə diqqət çəkilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol