Hakimiyyət diplomatiyanın nə olduğunu başa düşmür, bütün ümidlərini Baydenə bağladılar. Heç kim onunla (Nikol Paşinyanla – red.) görüşmədi. Baxın, biz Amerika ilə strateji tərəfdaşlıq müqaviləsi imzaladıq, amma onlar heç bizim liderimizlə görüşməyi lazım bilmirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Artur Xaçikyan ABŞ-da səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanı Prezident Donald Tramp və Dövlət katibi Marko Rubio da daxil olmaqla, yüksək çinli rəsmilərdən heç kimin qəbul etmədiyi haqda danışarkən deyib.
O bildirib ki, ABŞ-ın Ermənistanda heç bir strateji marağı yoxdur, digər tərəfdən, belə səfərlər aylar öncədən hazırlanır və razılaşdırılır, Paşinyan isə “qəfil” səfərə gedib, görüşməyə can atır:
“Amma Rusiya ilə münasibətləri korlayan, Qərbi istəyən, demokratiya arzulayan Ermənistanın lideri Trampla 15 dəqiqəlik görüşə belə layiq deyildi”.
Azərbaycanda DƏHŞƏT: Tanınmış idmançı Ruslan Surxayevin qatili öldürüldü
Xaçikyan bu münasibətin Ermənistanın, o cümlədən Ermənistanın ABŞ-dakı səfirinin seçki vaxtı açıq şəkildə Demokratlar Partiyasının namizədini – Kamala Harrisi dəstəkləməsinin nəticəsi ola biləcəyini istisna etməyib.
Qeyd edək ki, Ermənistan Baş naziri 3 fevralda ABŞ-a səfər edib. 7 fevralda səfəri başa çatsa da, o, yeni administrasiyadan heç kəslə görüşə nail olmayıb.
- Bakıda qadın onunla evlənmək istəməyən kişini ürəyindən vuraraq öldürdü - HƏSSAS GÖRÜNTÜLƏR
- Azərbaycanda DƏHŞƏT: Tanınmış idmançı Ruslan Surxayevin qatili öldürüldü
- Vüqar Qurbanov direktoru işdən çıxardı
- İmamoğlunun həbsi Fransaya bəhanə verdi: Ərdoğana “hücum”…
- Zelenski öz otağında yanan Kremlin rəsmini asıb
- Azərbaycanlı mitinqdə sevgilisinə evlilik təklifi etdi - VİDEO
- Lavrov Mirzoyanla danışdı: Sülh müqaviləsi...
- Nazilə Səfərlidən QALMAQALLI AÇIQLAMA: "Gürcüstana toya gedən bəzi müğənnilər quldurlarla əlbirdir"