İrəvanın mərkəzində, Respublika meydanında oxunan “Qarabağ” mahnısı erməni mediası və ictimaiyyətində panika yaradıb.
BUTA.TV xəbər verir ki, videonun köhnə olduğu barədə hökumətin açıqlamasının təkzib edilməsinin ardınca mahnının guya farsca ifa edildiyi “versiyası” ortaya çıxıb. Baxmayaraq ki, ermənilərin böyük əksəriyyəti Azərbaycan dilini bu və ya digər səviyyədə bilir, ancaq hökumət ifanın farsca olduğunu iddia etməkdən çəkinməyib.
İranşünas Artyom Tonoyan isə mahnının Azərbaycan dilində olduğunu təsdiqləyib və bunun sübutu kimi Gülay Zeynallının ifasında “Anadır arzulara hər zaman, Qarabağ” mahnısını nümunə olaraq parlaşıb.
İfaçıların “çox güman ki” Güney azərbaycanlılar olduğunu vurğulayan Tonoyan bunun da “normal olmadığını” bildirib. İddia edib ki, bu mahnının İrəvanın mərkəzi meydanında ifasını “sifariş edən” Türkiyə və ya Azərbaycan xüsusi xidmət orqanlarıdır və bununla Ermənistan-İran əlaqələri hədəfə alınır, eyni zamanda erməni ictimaiyyətində çaxnaşma yaradılır.
- Dumanlı hava: yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Sumqayıtda fərdi ev külə döndü - Foto
- Bir ay ərzində 2-ci dəfə dəm qazından zəhərləndi
- Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Video
- Bakıda 42 yolda hərəkət qismən məhdudlaşdırılır
- Sabah hava bu insanlar üçün əlverişli olacaq
- Bakıda bu yolda avtobus zolağı ləğv edildi - Video
- Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq