Bəzi böyük dövlətlərin müstəqil siyasət yürüdən ölkələrin daxili siyasətinə qarışması tarixən də baş verib. Yeni olan odur ki, bu proseslər bu qədər açıq, aqressiv formada digər dövlətlərin daxili işlərinə qarışma cəhdləri olmamışdı.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bunun əsl səbəbi ölkələrimizin hansısa böyük güclərin diqtəsinə uyğun deyil, öz milli maraqlarına uyğun suveren siyasət həyata keçirilməsi ilə bağlıdır: “Burada müxtəlif bəhanələr ola bilər. Bunu Gürcüstan nümunəsində biz gördük. Azərbaycan misalında beynəlxalq hüquqa uyğun olaraq, ərazi bütövlüyümüzün bərpa edilməsində bunu gördük. Buna görə bizi cəzalandırmaq niyyətlərini ortaya qoyurlar. Müxtəlif alətlər götürülə bilər. Bizə qarşı qarayaxma kampaniyası aparır, COP29 kimi böyük beynəlxalq tədbir ərzində Azərbaycanı hədəfə almışdılar. Ancaq dövlət tərəfindən həyata keçirilən siyasət milli maraqlara əsaslanırsa, xalqın dəstəyinə arxalanırsa, bütün xarici qüvvələr suveren siyasət qarşısında acizdir”.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- İstanbuldakı Azərbaycan Evi təqdim edildi
- Kürdəmirdə 7 yaşlı uşağı maşın vurub öldürdü
- Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi etdi
- Naxçıvanda restoranda yanğın baş verdi
- Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanıldı
- Sabahın hava proqnozu açıqlandı
- Lənkəranda bu quşlar kütləvi şəkildə qırılır