Bu barədə yaxşı heç nə deyə bilmərəm.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Qarabağdan könüllü olaraq gedən ermənilərin qayıdışı haqqında danışarkən deyib.
“Siz məndən ermənilərin Qarabağda yaşaması barədə soruşursunuz. Biz bu barədə ermənilər orada yaşadığı zaman danışmışıq. İndi isə qayıdış hansı şərtlərlə olacaq? Hər hansı bir muxtariyyət şərtləri iləmi? Yoxsa, sadəcə Azərbaycan vətəndaşları kimi, amma məktəblərdə erməni dilini öyrənmək imkanı olan şəxslər kimi? Belə bir imkan mövcud idi.
Dağlıq Qarabağ nümayəndələrinin Azərbaycan hakimiyyəti ilə birbaşa danışıqları məsələsi 2021-2022-ci illərdə müzakirə olunmuşdu. Amma bütün bu imkanlar konkret dairələrin səyləri ilə yoxa çıxdı. İndi, baş verənlərdən sonra qayıdış haqqında danışmaq mənasızdır”, - deyə Mirzoyan qeyd edib.
- Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim olundu - Foto
- 71 yaşlı kişi qadın tanışının evində öldü
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı