Misir və İordaniya Suriya Prezidenti Bəşər Əsədə çağırış edərək, ölkədən getməsini və “mühacir hökuməti” qurmasını təklif edib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Bildirilir ki, Suriyada “Heyət Təhrir əş-Şam”ın hücumu ilə rejim qüvvələrinin çoxsaylı itki verdiyi və sürətlə iri şəhərləri itirməsi ilə yaranan yeni şəraitdən başqa çıxış yolu yoxdur.
Qeyd edək ki, az öncə Bəşər Əsədin ailəsi ilə birgə ölkədən qaçdığı xəbəri yayılıb. Suriya hökuməti isə Bəşər Əsədin “danışıqlar üçün” Tehrana getdiyini bildirib. Hazırda Dəməşqə hücum hazırlandığı bir vaxtda Əsədin danışıqlar üçün ölkəni tərk etməsinin məntiqi isə anlaşılmazdır.
- Bakıya narkotik daşımaq istədi, saxlanıldı – Anbaan video
- Ağcabədidə ağır qəza: 1 ölü, 1 yaralı - Foto
- Putin azərbaycanlı alimi təltif etdi - Foto
- Bakıda tıxaca qarşı 3 mühüm strateji layihə - Belə olacaq
- Müəllim olan arvadını öldürən şəxslə bağlı qərar...
- Temperatur 23 dərəcəyə yüksələcək
- Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? – Prezident
- İlham Əliyev Şamaxıda səfərdədir - Foto