Taksi operatorlarının qiymətləri artıb. Son günlər enən qiymətlər yenidən öz köhnə vəziyyətinə qayıdıb
Sərnişinlər bildirib ki, keçən həftəsonundan artıq qiymətlərdə 30-40 faiz artım var. Qiymət dəyişikliyini sürücülər də təsdiq edirlər. Qiymətlərdə yaranan fərqin isə şirkətlər tərəfindən tənzimləndiyini bildirirlər. Sürücülər qiymət artmasının bəzi səbəblərinin olduğunu bildirirlər. Onlar hətta yaxın günlərdə qiymətin bir az da artacağını istisna etmirlər.
Məsələ ilə bağlı taksi şirkətlərindən isə bildirilib ki, COP29 tədbiri və bayram tətili ilə əlaqədar Bakıdan əhalinin kütləvi axını olub. Bu, yollarda tıxacların azalması səbəblərindən biridir. Nəticə olaraq, taksi xidmətlərinin qiymətləri də müəyyən dərəcədə azalıb. Amma hazırda iş və dərslərin başlaması, tıxacların artması ilə əlaqədar olaraq taksilər də öz iş tempinə qayıdıb. Buna görə də, qiymətlərdə müəyyən qədər dəyişikliklər var.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
- Nikol bu əraziləri Azərbaycana veriləcəyini elan etdi - Qazaryan
- İrəvanın buna icazə verməməsi... - Çavuşoğlu
- Bakıda mühüm tədbir: 51 ölkənin nümayəndəsi iştirak edir
- Bakı bu əsas kartından mükəmməl istifadə edir - Belyayev
- Türkiyə meydanı ələ aldı: İran “od püskürür”…
- Qərb ölkələri səfirlərinin bəyanatını rədd edirik - Bakı
- Bakının təkliflərinə İrəvanın cavabı... - Çavuşoğlu
- Türkiyə hərəkətə keçdi: Azərbaycanlıların yeni dövləti yarana bilər? – Xəritə