Sabiq rabitə və yüksək texnologiyalar naziri (İndiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Əli Abbasovun oğlu Eldar Abbasov şirkət rəhbəri təyin edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, Eldar Abbasov "Railways Communications & Technologies" (RCT) LLC (Dəmir Yolları, Rabitə və Texnologiyaları) şirkətinin Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, RCT şirkəti Azərbaycanda 2019-cu ildə sənayedə dəmir yollarının, SCADA/avtomatlaşdırma sistemlərinin, orta və yüksək gərginlikli yarımstansiyaların ən yaxşı katener/elektrikləşdirilməsini təmin etmək missiyası ilə yaradılıb. Şirkətin rəsmi saytında bildirilir ki, bu sahədə uzun illər təcrübələri var və bütün dünyada sözügedən sahədə müştərilərlə işləyir.
"Mütəxəssislərdən ibarət komandamız hər bir müştərimizin unikal ehtiyaclarını ödəmək üçün uyğunlaşdırılmış fərdi həllər təqdim etməyə sadiqdir. Şirkətin Bakıda baş ofisi Xocalı prospekti 37 ünvanında yerləşən "Demirchi Tower”dədir", deyə şirkətin təqdimatında bildirilir.
Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
Xatırladaq ki, Eldar Abbasov 2022-ci ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır
- Quterreş Bakıdan səsləndi: Razılaşma əldə etməliyik!
- Libbi Bakıdan mesaj verdi, İrəvan təkzib etdi. Niyə?
- Zaxarovadan COP29-la bağlı açıqlama
- COP29-a qarşı çıxdıq: Bakıya kim gəldi, biz nə qazandıq? - İrəvandan baxış
- Bakı və İrəvan sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir?
- İrəvan təkzib etdi: Azərbaycanla əməkdaşlıq…