Bir müddət əvvəl Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə fizika fənnini tədris edən Elnur Aslanovun bir neçə gün öncə Goranboy Təhsil Sektorunda qəbul zamanı əsəbiləşdiyi üçün beyninə qan sızdığı, bundan sonra olunan tibbi müdaxilələrə baxmayaraq vəfat etdiyi iddia olunurdu.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb.
Bildirilib ki, fizika müəllimi Elnur Aslanovun 30 oktyabr tarixində Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədovun qəbulunda olması və qəbuldan sonra əsəbləşərək halının pisləşməsi məlumatları həqiqəti əks etdirmir:
“Belə ki, Elnur Aslanov 30 oktyabr, saat 17:00 radələrində çalışdığı məktəbin direktor vəzifəsini icra edən Gülxanım Abdullayeva ilə birgə SIMA proqramının yüklənməsinə dəstək göstərilməsi məqsədi ilə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun inzibati binasına gəliblər. Sektorda təxminən 30 dəqiqə qaldıqdan sonra işini bitirib, sektor müdirinin qəbulunda olmadan evə getmək üçün binadan ayrılıb”.
Qeyd edilib ki, sektorun həyətində müəllimin halının pisləşdiyini görən sektorun əməkdaşları dərhal təcili tibbi yardım xidmətinə müraciət ediblər:
“Elnur Aslanov Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Təəssüf hissi ilə bildiririk ki, Elnur Aslanov 03 noyabr 2024-cü il tarixdə öz evində dünyasını dəyişib. Sosial şəbəkələrdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru ilə bağlı səsləndirilən digər məsələlər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb. Məsələ ilə bağlı hazırda araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı