Xəbər verdiyimiz kimi, təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsil işçilərinə veriləcək güzəştli kartlara nələrin daxil ediləcəyi barədə məlumat verib.
“Hazırda ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrində, orta məktəblərdə 200 mindən çox təhsilverən çalışır. Gələn ildən təhsil işçilərinə güzəştli kartların verilməsi, müəllimlərin və təhsil sahəsində çalışanların sosial rifahını yüksəltmək və onlara daha geniş imkanlar yaratmaq məqsədi daşıyan mühüm bir addımdır. Təhsil işçilərinə veriləcək bu kartlar vasitəsilə müəllimlər müxtəlif sahələrdə endirimlərdən, pulsuz xidmətlərdən və digər imtiyazlardan istifadə edə biləcəklər. Bu təşəbbüs dövlətin təhsilə və müəllim peşəsinə göstərdiyi dəyərin əyani göstəricilərindən biridir.
İlk növbədə, nəqliyyat sahəsində güzəştlərin tətbiqi müəllimlər üçün mühüm bir dəstək ola bilər. Müəllimlərin böyük bir qismi gündəlik olaraq məktəblərə getmək üçün ictimai nəqliyyatdan istifadə edir və bu, həm maddi cəhətdən əlavə yük, həm də gündəlik olaraq qarşılaşılan fiziki yorğunluq yaradır. Ona görə də ictimai nəqliyyatda xüsusi endirimlərin və ya pulsuz keçidlərin təklif edilməsi müəllimlərin xərclərinin azaldılmasına kömək edə bilər. Eyni zamanda, bir sıra ölkələrdə olduğu kimi, intercity və şəhərlərarası nəqliyyatda da müəyyən güzəştlərin tətbiqi uzaq məsafədən gələn müəllimlərə də əlavə imkanlar yarada bilər.
Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
Digər bir mühüm sahə səhiyyə və tibbi xidmətlərdir. Təhsil işçiləri, xüsusilə də müəllimlər peşələri ilə bağlı stress, yorğunluq və digər sağlamlıq problemləri ilə üzləşir, zaman-zaman müxtəlif tibbi yardıma ehtiyac duyurlar. Güzəştli kartların tibbi xidmətlərdə endirimləri, bəzi tibbi testlərin pulsuz olması və ya endirimli tibbi sığorta paketlərinin təklif edilməsi ilə əhatə olunması müəllimlər üçün əlavə motivasiya yarada bilər. Tibbi xidmətlərə güzəştlərin təklif edilməsi həm də müəllimlərin sağlamlığını qorumağa və iş qabiliyyətlərini uzun müddət saxlamağa kömək edə bilər.
Bu güzəştli kartlar müəllimlər üçün digər sosial və mədəni imkanları da genişləndirə bilər. Mədəniyyət obyektlərinə girişdə endirimlərin tətbiqi, muzeylər, teatrlar, kinoteatrlar və digər mədəniyyət ocaqlarına sərfəli qiymətlərlə giriş imkanı müəllimlərin ictimai-mədəni fəaliyyətlərə daha çox qatılmasına şərait yaradar. Bu, həm də müəllimlərin öz bilik və dünyagörüşlərini genişləndirməsi baxımından faydalıdır. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, müəllimlərin mədəni imkanlardan yararlanması onların şəxsi inkişafına, eyni zamanda şagirdləri ilə ünsiyyətlərinə müsbət təsir göstərir.
Müəllimlərin sosial imkanlarını genişləndirmək üçün xüsusi mağazalarda endirimlərin təklif edilməsi də olduqca effektiv ola bilər. Geyim, gündəlik tələbat malları və digər lazımi əşyalar üzrə endirimlər müəllimlərin həyat keyfiyyətini artırmaqla yanaşı, onların iqtisadi vəziyyətlərinə də müsbət təsir göstərəcək. Müəllimlərin bu sahədə güzəştləri iqtisadi cəhətdən onlara bir qədər rahatlıq gətirə bilər. Məsələn, müxtəlif Avropa ölkələrində, ABŞ-da və Asiya ölkələrində bu sahədə güzəştlər tətbiq olunur və müəllimlərin sosial təminatını artırmaq məqsədilə onlar üçün xüsusi alış-veriş imkanları yaradılır”.
Kamran Əsədov bildirib ki, bəzi ölkələr təhsil işçiləri üçün müəyyən vaxtlarda pulsuz turizm paketləri və ya səyahət endirimləri təşkil edir:
“Məsələn, Koreyada və Yaponiya kimi ölkələrdə müəllimlərin yay tətili dövründə xüsusi endirimli turizm xidmətlərindən faydalanması onlara həm istirahət, həm də fərdi inkişaf üçün geniş imkanlar yaradır. Bu cür endirimlər və xüsusi təkliflər vasitəsilə müəllimlər həm öz ölkələrinin müxtəlif bölgələrini, həm də xarici ölkələri səyahət edə bilərlər. Bu, müəllimlərin ümumi bilik səviyyəsinə, mədəni zənginliyinə və nəticə etibarilə təhsilin keyfiyyətinə də müsbət təsir göstərə bilər”.
Təhsil eksperti müəllimlərin arzuladığı güzəştlərdən də söz açıb:
“Müəllimlərin digər bir arzusu mənzil güzəştləridir. Xüsusilə gənc müəllimlər üçün mənzilə güzəştlərin tətbiq edilməsi onların peşələrində uzunmüddətli qalmasını stimullaşdıra bilər. Bir sıra Avropa və Asiya ölkələrində gənc müəllimlər üçün güzəştli ipoteka proqramları həyata keçirilir və ya xüsusi dövlət yardımları ilə mənzil sahibi olmağı asanlaşdıran layihələr mövcuddur. Azərbaycanda da bu cür proqramlar müəllimlərin daha yüksək motivasiya ilə çalışmasına səbəb ola bilər.
Dünya təcrübəsi göstərir ki, təhsil işçilərinə verilən güzəştlər onların peşə fəaliyyətində yüksək əhəmiyyətə malikdir və təhsilin ümumi keyfiyyətini artırmaqda mühüm rol oynayır. Müəllimlər sosial təminatlarının yaxşılaşdırılması üçün təhsil sahəsində güzəştlərin olmasını arzulayır və bu cür təşəbbüslər vasitəsilə daha yüksək motivasiya ilə işlərini icra edə bilərlər”.
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır
- Quterreş Bakıdan səsləndi: Razılaşma əldə etməliyik!
- Libbi Bakıdan mesaj verdi, İrəvan təkzib etdi. Niyə?
- Zaxarovadan COP29-la bağlı açıqlama
- COP29-a qarşı çıxdıq: Bakıya kim gəldi, biz nə qazandıq? - İrəvandan baxış
- Bakı və İrəvan sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir?
- İrəvan təkzib etdi: Azərbaycanla əməkdaşlıq…