Vikipediya platformasından şəhidlərimizin adını silənlərlə ciddi mübarizə aparmalıyıq.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, bu addımı beş nəfər adı, soyadı azərbaycanlı, amma qanı və DNK-sı erməniyə məxsus olan insan edib:
“Onlar platformanın Azərbaycan seqmentindəki bu addımla kifayətlənməyib, şəhidlərin adının Türkiyə Vikipediyasından da çıxarılması ilə bağlı müraciət ediblər. İndi isə Xocalı qurbanlarının da adının bu platformadan çıxarılmasını istəyirlər.
Qanunvericiliyə görə, şəhid Azərbaycanın ərazi bütövlüyü uğrunda canından olan şəxsdir. Bundan artıq ensiklopedik məlumat ola bilərmi?!”
Komitə sədri xatırladıb ki, Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı qanunlar qəbul edilib:
“Aidiyyəti orqanlar bununla məşğul olmalıdırlar. Öncədən addım atmaq lazımdır ki, başqa məlumatlarımızın ensiklopedik olmadığını bəhanə edərək silməsinlər”.
Parlamentin sədri Sahibə Qafarova isə bildirib ki, Vikipediya rəsmi, akademik ensiklopediya deyil. Bunu nəzərə almaq lazımdır.
- İsmayıllıda 6 otaqlı ev yandı
- Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - Video
- 7 universitetimiz dünyanın ən yaxşılarının reytinqində - Foto
- Bakıda 17 yaşlı oğlan evində ölü tapıldı
- İranda daha bir general öldürüldü - Foto
- Bakıda 61 yaşlı kişi küçədə öldü
- Biləsuvarda ağır qəza: 4 nəfər yaralandı
- Yol polisi sürücü və piyadalara müraciət etdi