İndiyədək Ermənistan Rusiya ilə strateji müttəfiq idi. Lakin Ermənistan bu münasibətləri pozmaq üçün lazım olan addımları atıb. KTMT-dən öz nümayəndəsini geri çağırıb, Avrasiya İttifaqı və Gömrük Birliyindən çıxmaq niyyətini ortaya qoyub. Yəni Ermənistan tərəfi və ilk növbədə Nikol Paşinyan Rusiya ilə körpüləri yandırmaqda davam edir.
Bu sözləri BUTA.TV-a politoloq Qabil Hüseynli Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi haqda danışarkən deyib.
Politoloqun zənnincə, bu qərarın qəbulu münasibətlərə nöqtə qoymaq deməkdir:
“Artıq belə görünür ki, nə müttəfiqlik əlaqələri, nə Ermənistan ərazisində hərbi bazaların saxlanılması mümkün olacaq. Üstəlik, Ermənistan Qərbə doğru inteqrasiyadan da əl çəkməyəcək. Ermənistan ABŞ və Avropa Birliyinə sığınır və Moskva ilə əks qütbdə yer alır, bu isə münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olacaq. Moskvada bəziləri “Ermənistanda dövlət çevrilişi apara bilərik” kimi təhdidlər səsləndirir. Bunlar ağlabatan deyil. Ermənistanın özündə də antirusiya əhval-ruhiyyəsi çox güclüdür”.
Q.Hüseynli bildirib ki, Ermənistana qarşı müxtəlif tələblər qoysa da, konkret addımlar atmağa Moskvanın cəsarəti çatmayacaq:
“Ya beşinci kolondan, ya da revanşistlərdən və Qarabağ klanının üzvlərindən istifadə edilərək Ermənistanda hansısa qarışıqlıq yaradıla bilər”.
- İran Azərbaycana qarşı niyə aqressivləşib? - Video
- Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama
- Bakinskinin məhkəməsi: Bakılıyam, tərcüməçi lazım deyil
- Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
- Prezident yeni səfirin etimadnaməsini qəbul etdi
- Soba başçını “yandırdı” - Yeni foto
- Azər Baxşəliyev orqan nəqlindən niyə imtina edib? - Açıqlandı
- Əliyev tənqid etdi, İran mediası Amulini yıxıb-sürüdü