Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün 100 milyonlarla vəsait qoyub. Dəhlizin açılmasına əminlik olmasaydı, o vəsaiti yatırmazdıq. Artıq dəmir yolu xətləri sərhədə çatmaq üzrədir. Avtomobil yolları tamamilə yenidən qurulur. Yeni körpülər, yeni tunellər, keçid məntəqələri Ağbəndə qədər tikilib.
Bu sözləri Axar TV-də qonaq olan ReAL Partiyasının sədri Natiq Cəfərli deyib.
O, dəhlizin açılmasında Rusiya və Ermənistan tərəfinin razılığa gələ bilmədiyini vurğulayıb:
“Çünki o ərazidəki dəmir yolları Rusiyanın qanuni nəzarətindədir. Ona görə də Rusiya öz mövqeyini ortaya qoymaq istəyir. Nəticə etibarı ilə Ermənistanla Rusiya bu məsələdə anlaşa bilmir. Ermənistanın təklifi bütün kommunikasiya xətlərinin açılmasıdır. Bu da Azərbaycan üçün ziyanlı deyil. Biz onsuz da bunun əleyhinə olmamışıq. Problem odur ki, Zəngəzurla paralel olan kommunikasiya xətlərinin sərhədlərin delimitasiya və demarkasiya məsələləri həll olunmadan açılması mümkün deyil. Hazırda 410 km-dən çox şərti sərhəd xətti yaranıb. Ermənistan tərəfi nə qədər tez Azərbaycanın haqlı tələbləri ilə razılaşsa, bu, bir o qədər tez başa gələr, digər kommunikasiya xətləri açılar”.
Zəngəzur dəhlizi ilə bağlı Avropa Mərkəzi Rekonstruksiya və İnkişaf Bankının ayırdığı vəsaitin köçməsinə nə mane olur? Paralel olaraq İran ərazisindən çəkilən dəhlizin önəmi nədir? Hər iki dəhlizin açılması nəyə hesablanıb?
Ərtaflı videoda:
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı