Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən G.Rzayev, T.Poladov, O.Səfərov, Ç.Quliyev və A.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Onların marketlərdən əsasən tütün məmulatları və spirtli içkilər oğurlayaraq digər mağazalara dəyərindən ucuz qiymətə satdıqları məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video