Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan bir qrup idmançı barəsində istintaq orqanı tərəfindən məhkəməyə təqdimat göndərilib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb və qərar qəbul olunub.
Qərara əsasən, təqdimat təmin edilib, saxlanılan Elçin Hüseynov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
- Məktəblərdə neçə gün dərs olmayacaq?
- Bakının bu prospektində dəyişiklik: Yaxın günlərdə...
- Horovlu kəndində əmək yarmarkası keçirildi
- Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı
- Azıx mağarasının inkişaf konsepsiyası təqdim olundu
- Sabah bu rayonda qaz olmayacaq
- Saxta kurslarla bağlı çağırış: Diqqətli olun!
- Yeniyetməni oğurlayıb pul tələb edənlərə hökm oxundu