Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Szinpinə başsağlığı məktubu göndərib.
BUTA.TV məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Sədr,
Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".
- KVN komandasından heç kim Elnurla vidaya getmədi
- ADSEA gücləndirilmiş rejimdə çalışır - Foto
- BŞİH gücləndirilmiş iş rejiminə keçdi
- Prezident bu teatrın kollektivini təbrik etdi
- Bakıda yağışlı havada baş verən qəzanın – Anbaan videosu
- Yağıntılı hava nə vaxta kimi davam edəcək?
- Bakıda güclü yağış fəsadlar törətdi - Video
- DYP-dən yağışlı hava ilə bağlı sürücülərə çağırış