Prezident protokolu qəsdən pozaraq, pilot ailələri ilə görüşdə rusca da danışdı. Burda iki məqam var: Birincisi, ailələrə hörmət əlaməti olaraq onlara ana dilində səslənmək və Moskvaya mesajı açıq, aydın və birbaşa çatdırmaq. Sonra kimsə deməsin ki, mənə deməyiblər, ya da səhv məlumat veriblər.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Turab Rzayev Prezident İlham Əliyevin həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə dünənki görüşü haqda qeyd edib.
“Mesaj isə çox konkret idi: "Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir", - deyə politoloq Prezidentdən sitat gətirib.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Aktau hava limanı yaxınlığındakı qəzada həlak olan təyyarənin ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşdə çıxışının bir hissəsini rusca edib.
- Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim olundu - Foto
- 71 yaşlı kişi qadın tanışının evində öldü
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı