İranlı ekspertlərdən birinin “İran İraqda olduğu kimi, Suriyada da ABŞ-la birgə hərəkət etməli, silahlı kürdlərə dəstək verməlidirlər” sözləri normal sayılır. Jurnalistin “kimə qarşı ABŞ-la birgə hərəkət etməliyik” dəqiqləşdirici sualına iranlı ekspert rahat şəkildə “Türkiyəyə qarşı” cavabını verir. Deməli, İran müsəlman ölkəsi olan qonşusu Türkiyəyə qarşı şeytan adlandırdığı Amerika ilə birgə fəaliyyətə hazırdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu, yalnız həmin ekspertin şəxsi fikri və qənaəti deyil:
“Tehranda və Qumda belə düşünənlərin sayı kifayət qədərdir. Türkiyəni hədəf seçən Azərbaycanı da hədəf seçər. İranlı rəsmilərin Azərbaycana səfərlərinə və Bakıya etdikləri telefon zənglərinə baxmayaraq, qonşu ölkədəki mühafizəkar qruplar bizə qarşı təxribatlarını davam etdirəcəklər. İranda xarici siyasəti müəyyənləşdirən vahid mərkəz yoxdur. Tutaq ki, İran Prezidenti Pezeşkian Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq münasibətlərinin normallaşmasını istəyir, isti mesajlar göndərir, üstündən bir neçə gün keçir, ali dini liderin hansısa nümayəndəsi Azərbaycan və Türkiyə ilə bağlı ağzına gələni danışır və həmin fikirlər televiziya kanalları vasitəsilə İranın hər yerinə yayılır. İran prezidenti nə qədər xoşniyyətli olsa da, onun başı üstündən qərar verənlər normallaşmanın əleyhinədirlər”.
Qeyd edək ki, ötən gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakıya səfər edib.
- Ayxan Hacızadə Paşinyana cavab verdi
- MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?
- Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat
- Karasevin Bakıya dil uzatmasına Kremldən cavab
- Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...
- Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
- Zəngəzur dəhlizi üçün yüzmilyonlar xərcləmişik. Niyə? - Video
- Pezeşkian Azərbaycana səfərə hazırlaşır