Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BUTA.TV xəbər verir ki, Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.
Bundan sonra hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını hazırlamaq üçün vaxt verib.
Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Bakıda yaşayış binasında yanğın - Video
- Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı...
- 68 nəfər saxlanıldı - DİN
- FHN azyaşlıları belə xilas etdi - Video
- Həbsdəki oğlunu azad etdirəcəyini dedi, pulunu mənimsədi
- İran Hörmüzü açmağın şərtini elan etdi: Yalnız yuanla...
- Bakı bulvarı bahar nəfəsində - Foto
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq