Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Belə ki, sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.
Hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.
Peşəkar hərbi həkimlərimiz tərəfindən erməniəsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.
- Ağdamda kənd sakini minaya düşdü
- Ehtiyatda olan polkovnik qəfil öldü - Video
- Gəncədə sərxoş kişi evində yanaraq öldü
- Sabah intensiv yağış yağacaq
- Beynəlxalq səyyahlar Ağdamdadır
- Azərbaycan Texniki Universiteti mühüm uğura imza atdı
- Qəbələdə 62 yaşlı kişi faciəvi şəkildə öldü
- Tovuzda dəhşətli yanğın: ev külə döndü - Video