Əfqanıstanla sərhəddə baş verən toqquşmalarda bir İran sərhədçisi ölüb, iki əsgər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran Sərhəd Qüvvələri Komandanlığının məlumatında bildirilib.
Qeyd edilib ki, toqquşma Sistan və Bəlucistan əyalətinin Sasuli yaşayış məntəqəsi ərazisində baş verib.
“Tasnim” isə Talibanın da itki verdiyini, ancaq itkilərin miqyasının bilinmədiyini yazıb.
Qeyd edək ki, İRNA xəbər agentliyi ötən gün İranın iki sərhədçisinin öldüyünü bildirmişdi.
Xatırladaq ki, İranla Əfqanıstan arasındakı su mübahisəsi ötən gün silahlı qarşıdurmaya qədər gərginləşib. Sərhəddə baş verən atışmanın ardınca Taliban İranın 18 sərhəd məntəqəsini məhv etdiyini açıqlayıb.
İranın isə Əfqanıstana raket zərbəsi endirdiyi bildirilir.
- İstirahət günü hava necə olacaq?
- Sumqayıtda Ramazan ayı münasibətilə iftar süfrəsi... - Foto
- Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salındı
- Narkotikin təsiri altında avtomobil qaçıran şəxs tutuldu
- Yanacaqdoldurma məntəqəsində pozuntu aşkarlandı - Video
- Azərbaycanda dövlət agentliyi ləğv edildi
- Bazar qiymətindən xeyli aşağı, ipotekaya yararlı mənzillər satışda
- Bakıda NATO-nun kursu keçirildi - Foto