Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Polis Bərdədə əməliyyat keçirdi: 3 nəfər saxlanıldı

Hadisə
Polis Bərdədə əməliyyat keçirdi:     3 nəfər saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Buta.ws-ə verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri saxlanılıb. Saxlanılan şəxslərdən metamfetamin, tiryək və marixuana aşkar edilərək götürülüb.


Belə ki, Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Əliyev idarə etdiyi mopedlə birgə rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir kibrit qutusunda qablaşdırılmış marixuana, mopedindən isə sellofan paketə bükülmüş 485 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.


Keçirilmiş digər tədbirlərlə Bərdə rayon sakinləri, Gündüz Babayev və əvvəllər məhkum edilmiş Nemət Səfərov da rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman G. Babayevdən metamfetamin və N. Səfərovdan 6 qrama yaxın tiryək aşkar edilərək götürülüb.


Faktlarla əlaqədar araşdırmalar davam etdirilir.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Hadisə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla