Daha əvvəl İsraildə məhkəmə islahatlarına etiraz olaraq istefa vermək niyyətində olduğunu bildirən İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Zamir dərhal vəzifəsindən azad edilib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Əli Koen Tvitter səhifəsində yazıb.
“Asəf Zamir Tvitterdə istefasını elan edib, lakin qeyri-müəyyən müddətə qədər vəzifədə qalmaq istəyib. Dərhal onu işdən kənarlaşdırmaq qərarına gəldim.
Siyasi partiyalardan birinin tərəfində olan diplomat bir gün də İsrail dövlətini təmsil edə bilməz. Gələcək fəaliyyətində uğurlar...”, - deyə Ə.Koen bildirib.
- Tovuzda dəhşətli yanğın: ev külə döndü - Video
- Bu ərazilərə yağış yağır
- Moped idarə edənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə mindi
- İsmayıllıda 6 otaqlı ev yandı
- Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - Video
- 7 universitetimiz dünyanın ən yaxşılarının reytinqində - Foto
- Bakıda 17 yaşlı oğlan evində ölü tapıldı
- İranda daha bir general öldürüldü - Foto