Ermənilər Çexiyadan silah alır?

13:06 - 30 Mart 2023 - GÜNDƏM

 Ermənilər Çexiyadan silah alır?

Ermənistan və Çexiya hərbi-texniki əməkdaşlığı gücləndirir.

BUTA.TV xəbər verir ki, Ermənistan hökumətinin iclasında müvafiq dövlətlərarası sazişin ratifikasiyası haqqında layihə təsdiq edilib.

Bildirilib ki, 2019-cu ilin aprelin 9-da imzalanmış müqavilə 2010-ci ilin 10 martında imzalanmış sazişi əvəz etməlidir.

Ermənistan hökuməti sazişin ratifikasiyasının ölkənin strateji maraqlarına tamamilə uyğun olduğunu və onun həyata keçirilməsinin hərbi-texniki sahədə beynəlxalq əməkdaşlığın genişlənməsinə imkan verəcəyini bildirib.

Qeyd edək ki, hökumətin təsdiqindən sonra razılaşma Ermənistan parlamenti tərəfindən ratifikasiya olunmalıdır.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol