Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Yol Polisi 150 manat rüşvət alıb maşını cərimə meydançasından buraxdı - İDDİA + VİDEO VƏ SƏS YAZISI

Ölkə
Yol Polisi 150 manat rüşvət alıb maşını cərimə meydançasından buraxdı     - İDDİA + VİDEO VƏ SƏS YAZISI

Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi avtomobilinin ön şüşəsi tünd olan sürücüdən 150 manat rüşvət alıb.

Buta.ws xəbər verir ki, bununla bağlı sürücü Samid Əliyev Mubahise.az-a müraciət edərək bildirib ki, dekabrın 29-da onun idarə etdiyi “Toyota Prado” markalı 90 DS 303 nömrəli avtomobil “YP 476” nömrəli xidməti avtomobildə xidmət aparan yol polisləri tərəfindən saxlanılıb. Ona bildirilib ki, maşının ön şüşəsi tündür və buna görə avtomobil cərimə meydançasına yerləşdirilib. On gün maşın orada qalsa da, ona cərimə protokolu tərtib edilməyib.S.Əliyev qeyd edib ki, bu avtomobili eyni şüşə ilə 2012-ci ildən bəri idarə edir və bu günədək dəfələrlə texniki baxışdan keçirilib: “Əgər maşının ön şüşəsi tnüddürsə, məni niyə texniki baxışdan keçiriblər?”

S.Əliyev bildirib ki, protokoldan şikayət etmək üçün 10 gün gözləsə də, ona bu barədə məlumat verilməyib və protokol tərtib edilməyib.

Sürücü iddia edib ki, yanvarın 7-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gedib və 5-ci otaqda xidmət edən polis əməkdaşı Arzuman Arzumanlı ondna əvvəlcə 300 manat tələb edib. Daha sonra isə 150 manata razılaşıb və 150 manat rüşvət alaraq maşının ön şüşəsi dəyişdirilmədən, cərimə protokolu tərtib edilmədən cərimə meydançasından buraxılıb.

S.Əliyev bununla bağlı qeydə aldığı səs yazılarını da redaksiyamıza təqdim edib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla