Salyanın Yuxarı Noxudlu kəndində qızdırıcı cihazın partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, kənd sakini, 1987-ci il təvəllüdlü Həsənov Amid Əmrah oğlu öz evinin həyətində qızdırıcı cihazla ("primus"la - red) iş görərkən cihaz partlayıb.
A.Həsənov partlayış zamanı ağır yanıq xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
- Diqqətsizlik ağır nəticələrə yol aça bilər - Yol polisi
- İstirahət günü hava necə olacaq?
- Sumqayıtda Ramazan ayı münasibətilə iftar süfrəsi... - Foto
- Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salındı
- Narkotikin təsiri altında avtomobil qaçıran şəxs tutuldu
- Yanacaqdoldurma məntəqəsində pozuntu aşkarlandı - Video
- Azərbaycanda dövlət agentliyi ləğv edildi
- Bazar qiymətindən xeyli aşağı, ipotekaya yararlı mənzillər satışda