Avropada Ukraynaya gələcək dəstəyə qarşı etirazların artması Kiyev üçün fəlakət ola bilər.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.
“Çexiya Ukraynadan çox da uzaqda deyil və hazırda orada Kiyevin rəqibləri ilə bağlı vəziyyət gərginləşir. Dünən Praqada yüzlərlə nümayişçi Vatslav meydanında hökumət əleyhinə aksiyanın rəsmi başa çatmasından sonra Milli Muzeyin binasından Ukrayna bayrağının endirilməsinə çağırıb",- o bildirib.
Ekspert eyni zamanda bu tendensiyanın bütün Avropada geniş vüsət almasına və Kiyev rejimini çətin vəziyyətə sala biləcəyinə diqqət çəkib. O, xatırladıb ki, bu həftə bolqarıstanlı siyasətçi Meriyadakı Ukrayna bayrağını cırıb.
- 68 nəfər saxlanıldı - DİN
- FHN azyaşlıları belə xilas etdi - Video
- Həbsdəki oğlunu azad etdirəcəyini dedi, pulunu mənimsədi
- İran Hörmüzü açmağın şərtini elan etdi: Yalnız yuanla...
- Bakı bulvarı bahar nəfəsində - Foto
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İşlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan qadın saxlanıldı
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq