BQXK itkin düşmüş azərbaycanlılarla bağlı demək olar ki heç bir iş görmür.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Report-a müsahibəsində bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3900-a qədər soydaşımızın taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etmir, onların basdırıldığı kütləvi məzarlıqların yerlərini bildirməkdən boyun qaçırır.
"Bizim bu məsələdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə də müəyyən suallarımız var. BQXK itkin düşmüş azərbaycanlılarla bağlı demək olar ki heç bir iş görmür.
Bundan əlavə, BQXK-nın Xankəndi Ofisi hələ də Bakı Ofisinə deyil, siyasi cəhətdən Cenevrəyə, logistika cəhətdən İrəvan ofisinə tabe olmaqda davam edir. Təəssüf ki, BQXK bizim etimadımızdan sui-istifadə edir. Artıq rəsmi qaydada BQXK-nı Azərbaycanın suverenliyinə zidd olan bu praktikaya son qoymağa və Xankəndi Ofisinin Bakı Ofisinə tabe etdirilməsinə dair Azərbaycana konkret vaxt cədvəli təqdim etməyə çağırmışıq".
- Dumanlı hava: yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Sumqayıtda fərdi ev külə döndü - Foto
- Bir ay ərzində 2-ci dəfə dəm qazından zəhərləndi
- Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Video
- Bakıda 42 yolda hərəkət qismən məhdudlaşdırılır
- Sabah hava bu insanlar üçün əlverişli olacaq
- Bakıda bu yolda avtobus zolağı ləğv edildi - Video
- Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq