İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən silahlı hücumla bağlı məsələnin araşdırılması barədə xüsusi tapşırıq verib.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi açıqlayıb:
“Qardaş və qonşu ölkə Azərbaycanın səfirliyinə qarşı həyata keçirilən hücumla bağlı faciəvi hadisəni pisləyirik. Ayətullah Rəisi bu kədərli xəbəri alandan dərhal sonra bu işin hərtərəfli araşdırılmasına dair xüsusi göstəriş verib”.
Cəmşidi bildirib ki, İran Prezidenti hadisə ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.
- Dünya səyyahları Şuşa şəhərində...
- Ötən gün Azərbaycanda 40 nəfər saxlanıldı
- Kamal Abdulla: ADU-nun nüfuzu sərhədləri aşır
- Maşında sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - Video
- 18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu
- Ölkəmizdə hərbi toplanışın ABŞ-İsrail-İran müharibəsi ilə əlaqəsi...
- Hava kəskin dəyişir: Martın 30-dək...
- Adil Əliyevə vəzifə verildi