2022-ci ilin noyabr-dekabr aylarında rusiyalı milyarder Aleksey Repikinin “Ryatiko” şirkəti AB-nin Rusiyaya 300 avrodan çox dəyərində şərab tədarükünü qadağan edən sanksiyalarından yan keçərək, ölkəsinə 800 şüşə nadir şərab gətirib.
BUTA.TV xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.
Məlumata görə, noyabrın 23-dən etibarən “Ryatiko” Rusiyaya Burqundiya, Bordo və Pyemontdan 200-ə yaxın nadir şərab idxal edib. Bu şərabların hər şüşəsinin qiyməti bir milyon rubldan çoxdur.
Noyabr ayında üç gün ərzində şirkət Rusiyaya ən yaxşı beş “Bordo” istehsalçısının şərablarını gətirib: “Château Haut-Brion”, “Château Lafite-Rothschild”, “Château Latour”, “Château Margaux” və “Château Mouton Rothschild”. “Ryatiko”nun noyabr və dekabr aylarında idxal etdiyi şərabların ümumi dəyəri 3,9 milyon avro təşkil edib.
Qeyd edilir ki, “Ryatiko”nun sahibi Aleksey Repik Rusiya Prezidenti Vladimir Putinin qızı Katerina Tixonovanın dostudur.
- Milli Qəhrəmanın oğlu vəkil oldu - Foto
- Bakıda süpürgəçini maşın vurub öldürdü
- 50 min müəllim ixtisar oluna bilər
- Universitetlər Bakıdan köçürüləcək
- Sabah 14 dərəcə isti olacaq
- "Azercell" qadınların yaradıcı inkişafına dəstək göstərir
- Vasif Talıbovun yaxın adamı barədə həbs qərarı...
- 19 yaşlı qadın doğuş zamanı öldü