Azərbaycanla Rusiya arasında terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında saziş təsdiq edilib.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Saziş 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanıb.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.
- Dumanlı hava: yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Sumqayıtda fərdi ev külə döndü - Foto
- Bir ay ərzində 2-ci dəfə dəm qazından zəhərləndi
- Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Video
- Bakıda 42 yolda hərəkət qismən məhdudlaşdırılır
- Sabah hava bu insanlar üçün əlverişli olacaq
- Bakıda bu yolda avtobus zolağı ləğv edildi - Video
- Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq