“Qarabağ” ağır zədə alan Şahruddin Məhəmmədəliyevin əvəzinə qapıçı tapıb.
BUTA.TV Sports.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubunda çıxış edən Andrey Lunyovu mövsümün sonunacan icarəyə götürmək üçün məxsus olduğu kluba rəsmi təklif göndərib.
Rusiya yığmasında 7 oyun keçirmiş tanınmış qolkiper karyerasına Moskva “Torpedo”sunda başlayıb. Təcrübəli qapıçı Sankt-Peterburq “Zenit”indəki çıxışı ilə Rusiya hüdudlarından kənarda da məşhurlaşıb. O, 3 dəfə Rusiya çempionu olub, 1 dəfə bu ölkənin kubokunu qazanıb.
2021-ci ildə Leverkuzen təmsilçisinə keçən Lunyov ötən mövsüm bu klubun heyətində Bundesliqanın bürünc medalını qazanıb.
Mövsümün əvvəli Bundesliqada “Auqsburq”la oyunda 90 dəqiqə meydanda olan təcrübəli qapıçı daha sonra zədə səbəbindən “Bayer 04”ün əsas heyətindəki yerini itirib.
Lunyovun leverkuzenlilərlə müqaviləsi bu mövsümün sonu bitir.
“Qarabağ” tanınmış qolkiperi anlaşması bitənəcən Almaniya klubundan icarəyə götürmək üçün “Bayer 04”ə rəsmi təklif göndərib.
- "Azercell Telecom"dan xüsusi "OPPO" kampaniyası!
- 3 gün əvvəl aldığı motosikletlə qəza törətdi, sevgilisi öldü... - Video
- Hörmüz boğazında Azərbaycan gəmisi var? – Rəsmi
- Altı ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi
- Onlar ali məktəblərə imtahansız qəbul ola biləcək
- İşıqforlarda saniyəölçən tablolar niyə yığışdırılıb? – Rəsmi
- “Uyğun deyil”i “1 tablet” kimi tərcümə etmişik?
- FHN attraksionlara nəzarəti gücləndirdi