Almaniya Qərb ölkələrinin Ukraynaya “Leopard 2” tanklarının verilməsi ilə bağlı tələblərinə cavab verməkdən çəkinir. Çünki əsas benefisiarın ABŞ olduğunu anlayır.
BUTA.TV xəbər verir ki, bunu Geosiyasi Problemlər Akademiyasının prezidenti Leonid İvaşov deyib.
“Almaniyanın niyə belə təvazökar mövqe tutması başa düşüləndir. Bunun siyasi və daxili iqtisadi səbəbləri var. Bu gün münaqişə fonunda sistemli qlobal iqtisadi böhran baş verir. Almanlar başqalarından daha çox hiss edirlər ki, burada əsas benefisiar ABŞ, onların şirkətləri, hərbi sənaye kompleksidir. Çünki onlar (ABŞ) Almaniyadan başlayaraq Avropanı sənayesizləşdirir və mahiyyətcə Avropa iqtisadiyyatını yarım-müstəmləkə halına gətirirlər”, - o bildirib.
- 68 nəfər saxlanıldı - DİN
- FHN azyaşlıları belə xilas etdi - Video
- Həbsdəki oğlunu azad etdirəcəyini dedi, pulunu mənimsədi
- İran Hörmüzü açmağın şərtini elan etdi: Yalnız yuanla...
- Bakı bulvarı bahar nəfəsində - Foto
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İşlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan qadın saxlanıldı
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq