Bu, Rusiyaya sarsıdıcı zərbə olar: odla oynamayın!

09:18 - 21 Yanvar 2023 - GÜNDƏM

 Bu, Rusiyaya sarsıdıcı zərbə olar: odla oynamayın!

ABŞ administirasiyasının Krımın Ukrayna qoşunları tərəfindən ələ keçirilməsi ehtimalı ilə bağlı fikri Qərb üçün gözlənilməz nəticələrə səbəb olacaq.

BUTA.TV xəbər verir ki, bunu amerikalı yazıçı Rod Dreher bildirib.

"İlahi, bu necə axmaqlıqdır. Rusiyanın Qara Dəniz Donanması Sevastopolda yerləşir. Doğrudanmı Vaşinqton münaqişəni Rusiyanın milli təhlükəsizliyi üçün tamamilə zəruri olan və gücləndirilmiş qarnizonu yerləşən əraziyə uzatmağı yaxşı ideya hesab edir?” - Dreher bildirib.

O qeyd edib ki, Ukraynanın strateji əhəmiyyətli yarımadaya zərbə endirmək üçün silahlandırılması qarşıdurmanın görünməmiş eskalasiyasına getmək deməkdir, bunun nəticələrini proqnozlaşdırmaq mümkün deyil:

"Yalnız Amerikanın köməyi ilə mümkün olan Krıma hərbi əməliyyatların genişlənməsi Rusiyaya qarşı sarsıdıcı təxribat olacaq. Vaşinqton odla oynayır".


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol