Həyətlər çöküb, ərazidə iri çuxurlar yaranıb. Hətta, evlərdən birinin mətbəxi əşyaları ilə birlikdə kollektora düşüb.
BUTA.TV Xəzər TV-yə istinadla xəbər verir ki, görüntülər Xətai rayonu, Tofiq Hacıbabayev 88 ünvanındandır.
Sakinlər deyirlər ki, aramsız yağışlardan sonra küçə boyu müxtəlif evlərin həyətində çökmələr əmələ gəlib. Son günlərdə isə demək olar bütün həyətlərdə dərin quyular yaranıb.
Sakinlər iddia edirlər ki, evlər kollektorun üzərində tikilməyib. Əksinə, çökən kollektor sonradan çəkilib.
Onlar mövcud vəziyyətlə bağlı əlaqədar qurumlara da müraciət ediblər.
Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində şəbəkədə qəza baş verib. Su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir.
Məsələ ilə bağlı Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib. Aidiyyəti üzrə işlərin görülməsi üçün müraciət olunub.
- ADY gücləndirilmiş iş rejimində çalışacaq
- “Qadınların pensiyası artırılsın”
- Azərbaycanda məktəblər 2 gün tez bağlanacaq
- Borca görə əlavə zənglər gəlir? - Məhkəməyə verə bilərsiniz
- Bakıda 8 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü
- Elnarə Rzayeva barəsində yeni hökm çıxarıldı
- Əliyev Kavelaşvilini təbrik etdi
- Azərbaycanda elmlər doktoru vəfat etdi - Foto