Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə BUTA.TV-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, BDYPİ bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağını nəzərə alaraq, bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır:
"Paytaxtı tərk edərək bölgələrə üz tutan sürücülərdən xahiş olunur ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə idarə etsin, sürət həddinə ciddi riayət etsin və yorğun halda sükan arxasına əyləşməsinlər. Uzun məsafəli səfərlər zamanı diqqətin azalması ağır nəticələrə səbəb ola bilər. Sürücülər ötmə və manevr qaydalarına əməl etməli, təhlükəli davranışlardan çəkinməli və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmalıdırlar".
Qeyd olunub ki, piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, xüsusilə intensiv hərəkət olan yollarda öz həyatlarını riskə atmamalıdırlar.
- Elnarə Rzayeva barəsində yeni hökm çıxarıldı
- Əliyev Kavelaşvilini təbrik etdi
- Azərbaycanda elmlər doktoru vəfat etdi - Foto
- ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başladı
- Bakıda evin mətbəxi kollektora düşdü - Video
- Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı
- Bakı-Tiflis qatarı ilə səfər edən əcnəbilərin nəzərinə!
- Yol polisindən sürücülərə müraciət