Bakı-Tiflis qatarına minik üçün biletlə yanaşı başqa sənədlərin təqdim olunması mütləqdir.
BUTA.TV xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Məlumata əsasən, bu sənədlərə ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil), Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir.
"Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın. Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək. Hər bir sərnişinimizə uğurlu yollar arzu edirik!", - ADY-dən bildirilib.
- Bakı-Tiflis reysi: Səfər sığortasını haradan əldə etmək olar?
- Elə etməliyik ki, şəhərlərdən kəndlərə qayıdış başlasın
- Dövlətə xəyanətdə ittiham olunan Azər Bağırova hökm oxundu
- İctimai yerlərdə yeni dələduzluq üsulu yayılır - Xəbərdarlıq
- Kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq...
- “May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” - Prezident
- Azərbaycan dünyada nadir ölkələrdəndir ki... - Prezident
- “Expressbank” “Maliyyə savadlılığı” təlimi keçirdi