Oğlunun toyuna getməkdən imtina etdi - İrana hücum üzərində işləyir

14:43 - 23 May 2026 - GÜNDƏM

 Oğlunun toyuna getməkdən imtina etdi - İrana hücum üzərində işləyir

ABŞ Prezidenti Donald Tramp oğlu kiçik Donald Trampın toyuna qatılmayacağını açıqlayıb.

BUTA.TV” “The Hill” nəşrinə istinadla xəbər verir ki, Ağ Ev rəhbərinin bu gözlənilməz qərarı ABŞ-nin İrana qarşı yeni hərbi hava zərbələrinə hazırlaşması barədə iddiaları pik həddə çatdırıb.

Nəşr yazır ki, ABŞ və İran arasında artıq kritik mərhələyə qədəm qoyan gərginlik fonunda Trampın həftəsonu planlarını təxirə salması Amerika mətbuatında geniş müzakirələrə səbəb olub. Bildirilib ki, Tramp oğlu kiçik Donald Tramp və Bettina Andersonun toy məclisində iştirak etməyəcək.

“Reuters” agentliyi də yazır ki, ABŞ lideri dövlət məsuliyyətləri və ölkənin hazırda olduqca həssas bir dönəmdən keçməsi səbəbindən Ağ Evdə qalmağı daha doğru hesab edib. Tramp hətta Nyu-Cersidəki qolf klubuna nəzərdə tutulan səfərini də ləğv edib.

Bu xəbər hal-hazırda çox oxunur
Sənan Əsədzadə saxlanıldı

Xatırladaq ki, bu qərar “CBS News” telekanalının ABŞ administrasiyasının İrana qarşı yeni hərbi hücum variantları üzərində işlədiyini bəyan etməsindən dərhal sonra qəbul olunub. Mənbələr rəsmi Vaşinqtonun hələlik yekun qərar vermədiyini, lakin bəzi hərbi və kəşfiyyat heyətinin həftəsonu məzuniyyətlərinin təcili ləğv edildiyini bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol