Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü

11:58 - 29 Aprel 2026 - GÜNDƏM

 Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü

Kürdəmir rayonunda evdə baş verən yanğın nəticəsində bir nəfər ölüb.

BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Yanğın ümumi sahəsi 150 kv metr olan birmərtəbəli evdə baş verib. Nəticədə ev sahibi Fikrət Eminov yanaraq həyatını itirib.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Eyni zamanda, əraziyə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol