Bakıda qanunsuz parklanma yeri nəzarətə götürüldü - Video

10:58 - 21 Aprel 2026 - GÜNDƏM

 Bakıda qanunsuz parklanma yeri nəzarətə götürüldü - Video

Paytaxtın Nizami rayonunda avtomobil parklanması üçün qanunsuz zəbt edilən həmin əraziyə polis əməkdaşları tərəfindən baxış keçirilib və nəzarətə götürülüb.

BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov verib.

O qeyd edib ki, dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi, eləcə də neqativ halların aradan qaldırılması məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir:

“Səlahiyyəti olmadan parklanma yerləri təşkil edən, parklanma xidməti göstərən yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur”.

Qeyd edək ki, ötən gün Bakıda rəsmi olaraq parklanma yeri kimi nəzərdə tutulmayan, amma sürücülərdən ödəniş tələb edilən ərazilərdə avtomobillərini park edən sürücülərdən 1 manat ödəniş tələb edilməsi ilə bağlı məlumat yayılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol