Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin birlikdə əks olunduqları fotonu şərh edib.
BUTA.TV xəbər verir ki, şəkil Antalya Diplomatiya Forumu çərçivəsində çəkilib.
Forumun yekunlarına dair keçirilən mətbuat konfransında çıxış edən Fidan bildirib:
"Əslində bu, bütün dünyaya qardaşlıq həmrəyliyi mesajıdır".
Türkiyə diplomatiyasının rəhbərinin sözlərinə görə, üç lider arasındakı münasibətlər rəsmi protokol çərçivəsini xeyli aşır.
"Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar. Bu, eyni zamanda onların təmsil etdikləri dövlətlərin və xalqların ortaq duyğularının təzahürüdür", - deyə o vurğulayıb.
- Sabah Bakıya intensiv yağış yağacaq
- Pensiya alanların nəzərinə!
- Sumqayıtda 23 yaşlı oğlan futbol oynayarkən öldü
- Avtoyumadan “Rənc Rover”i qaçırdı, qəza törətdi
- Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
- ABŞ-da Nərimana “Ləvəngi” təklif etdilər - VİDEO
- Şagirdlər, görün, necə bufetlərdə qidalanır - Foto
- DYP yağışlı hava ilə bağlı yenə müraciət etdi